Türkiyəli rejissor Abdulkadir Ceylan Ede vəfat edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Sapanca gölündə boğulan rejissor dostları tərəfindən sahilə çıxarılıb. Hadisə yerinə gələn ilkin tibbi yardım işçiləri ambulansda ona ürək masajı etsələr də, Abdulkadir qaldırıldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, rejissor "Aynalı Tahir", "Pusat" ve "Acı hayat" kimi ekran işlərinin rejissorluğunu edib.
Aynurə İsmayıl