Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterreş Nyu-Yorkda BMT Baş Qərargahında verdiyi açıqlamada Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatlarına görə, ötən ayın bu zamana qədərki ən isti avqust ayı kimi qeydiyyata düşə biləcəyini söylədi.
Ednews ntv-yə istinadən xəbər verir ki, Quterreş indiyə qədər qeydə alınan ən isti yay haqqında yazılı açıqlama verib.
Alimlərin uzun müddətdir qalıq yanacaqlardan asılılığın mümkün təsirlərinə qarşı xəbərdarlıq etdiklərini xatırladan Quterreş, hazırkı ekstremal hava hadisələrinin dünyanın hər tərəfini təsir etdiyini bildirib.
"Planetimiz qaynama dövründən keçib. Bu, indiyə qədər qeydə alınan ən isti yaydır. İqlim dağıdılması başlayıb", - Quterreş bildirib.
Oğuz