Yəhudilər ermənilərə Holokost kəlməsini istifadə etməyi qadağan etmək istəyirlər.
Ednews vesti.az-a istinadən xəbər verir ki, Holokostdan sağ çıxanların yaratdığı Amerikanın “The Israel Heritage Foundation” assosiasiyası bu cür təbliğata qarşı çıxıb. Assosasiya özlərini dünyanın ən bədbəxt milləti kimi təqdim etməyi sevən və dünyada ilk soyqırımın onların başlarına gəldiyini iddia edən ermənilərə bunun qəbuledilməz olduğu xatırladılıb.
Fond bu barədə Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb. “Foundation Heritage İsrail bakılı ravvin Zamir İsayev də qoşulub. O, Ermənistan hökumət rəsmilərinin Qarabağ bölgəsindəki vəziyyəti təsvir etmək üçün “Holokost” sözünü işlətməsini rədd edir.
Məktubda fondun Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edərkən hər dəfə ermənilərin “Holokost”dan istifadə etmək cəhdlərini təqdir etmədiyi və Holokostla hər hansı müqayisənin əsassız olduğu qətiyyətlə vurğulanıb.
“Ermənistan hökuməti və diasporu Qarabağ bölgəsindəki gərginliyi təsvir edərkən ehtiyatsızlıqdan “Holokost” sözünü işlətdikdə, qurbanların və sağ qalan yəhudilərin xatirəsinə hörmətlə yanaşmırlar. Biz Ermənistan hökumətini və diasporasını “Holokost” ifadəsindən istifadə məsələsinə yenidən baxmağa çağırırıq. Qarabağ bölgəsindəki vəziyyəti təsvir edərkən “Holokost” sözündən istifadə etməməyə və yəhudi icmasının ağrılarından heç vaxt siyasi məqsədlər üçün istifadə etməməyə çağırırıq”.
Xatırladaq ki, avqustun 25-də bakılı ravvin Zamir İsayev dünyadakı yəhudilərə videomüraciət ünvanlayıb. O, yəhudi padşahı Davudun məzmunlarından parçalara əsaslanaraq, Azərbaycanın Qarabağda ermənilərin “soyqırımı”nda ittiham edilməsinin uydurma olduğuna dair təzə sənədli sübutlar təqdim edib. İsayev qeyd edib ki, Azərbaycana qarşı qarayaxma kampaniyası İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri tərəfindən həyata keçirilir. Bakılı ravvin yəhudi liderlərini “XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə” çağırıb.
Avqustun 27-28-də bir çox dini yəhudi mediası İsayevin müraciətinin mətnini çap edib.
Nurlana