Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə məşhur modelSindi Krauforda bir araya gəlib.
Ednews xəbər verir ki, 57 yaşlı amerikalı supermodel və aktrisa ilə musiqiçi 57 yaşlı Kristoferlə ABŞ-ın qərbində, Kaliforniya ştatının Los Anceles qraflığında yerləşən Kalabalas şəhərində olarkən görüşüb.
Hazırda Amerikada yaşayan Suada birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Suada "Kalabasasda ən şirin xanımla bir gün... Nə gün idi" sözlərini yazıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.
Aynurə İsmayıl