Rusiya silahlı qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə hücum edib.
Hücum zamanı 1 nəfər ölüb və 54 nəfər isə yaralanıb. Xəsarət alanlar arasında 9 polis əməkdaşı da var. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verir ki, 14 inzibati bina, 17 yaşayış binası və 4 fərdi ev və avtomobillərə ziyan dəyib.
Hücum zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayımlanıb.