Ukrayna Silahlı Qüvvələri Avdeyevkanın cənubundakı Opıtnoye qəsəbəsinin bir hissəsini azad edib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
"Opıtnoye bölgəsində Müdafiə Qüvvələri qəsəbənin bir hissəsini işğaldan azad edib", - deyə Malyar bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunları həftə ərzində Donetsk vilayətinin Novomayorski rayonunda da qismən uğur qazanıb.