Belarusun səfirlikləri bundan sonra daha nə yeni pasportlar verəcək, nə də xaricdə yaşayan vətəndaşların pasportlarını yeniləyəcək.
Ednews Belarus KİV - ə istinadən xəbər verir ki, bu barədə Belarusun prezidenti Aleksandr Lukaşenka sentyabrın 4-də sərəncam verib.
Sənədə ehtiyacı olan Belarus vətəndaşları vətənə gəlməli olacaqlar.
Rejimin tənqidçiləri burada onları Belarus təhlükəsizlik qüvvələrinin gözləyəcəyindən narahatdırlar.
Müxalifətçilər və fəallar bu yeni qadağaların Lukaşenkanın rəqiblərini həbs etmək üçün qurduğu tələ olduğunu deyirlər.
Proqnozlara görə, onun bu addımından sonra daha çox belaruslu yaşadığı ölkədə siyasi sığınacaq və ya pasport almağa çalışacaq. Bundan başqa, mühacirətdə olan Belarus müxalifətinin buraxdığı "yeni milli pasport" da var.
Qeyd edək ki, bu milli pasport isə dünyada tanınmır.
Əkbər