Polşanın baş naziri Mateusz Morawiecki qeyd edib ki, onlar Ukrayna taxılı üçün sərhədlərini açmayacaqlar.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Aİ(Avropa İttifaqı) Ukraynanın taxıl ixracına qoyulan məhdudiyyətləri uzatmasa, Polşa bu qərara əməl etməyəcək.
Baş nazir bildirib ki, Brüssel hakimiyyətinin qərarı nə olursa olsun, Polşa sərhədləri açmayacaq. O, həmçinin qeyd edib ki, qonşularına kömək etmək lazım gəldikdə ürəklərini və evlərini aça bilərlər, Polşanın maraqları üçün mübarizə aparmaq lazımdır.
Qeyd edək ki, aprel ayında Polşa və Macarıstan birtərəfli qaydada sərhədlərini Ukraynadan taxıl və digər ərzaq məhsulları idxalı üçün bağlayıb.
May ayında Aİ Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana buğda, qarğıdalı və yağlı bitkilərin daxili satışını iyunun 5-dək qadağan etməyə icazə verib və sonradan bu sentyabrın 15-dək uzadılıb.
Bu ölkələr, xüsusən də Polşa qadağanın yenidən uzadılmasını tələb edir.
Xəyal Ramiz