Siyasi liderlər niyə İlon Maskla görüşür? - SƏBƏBLƏR

Dünya 12:15 21.09.2023

Yaxın dönəmlərdə  ABŞ-a səfər edən bir sıra dünya liderləri, o cümlədən Ağ Evin dəvəti ilə İlon Maskla görüşü öz proqramlarına əlavə edirlər.


Tesla, Space X və X şirkətlərinin sahibi Mask dünyanın ən zəngin adamıdır.


Bu il Elon Mask, Fransa, İtaliya, Hindistan və Cənubi Koreya liderləri ilə görüşüb və son həftədə bu siyahıya Türkiyə və İsrail liderləri də əlavə edilib.

9060471b-4a49-4df0-958a-6a8065cc2aa2.jpg
Bayden və Maskın uğursuz tandemi...


Lakin bütün dünya liderləri arasında çox məşhur olan multimilyarderin təkcə ABŞ-da Bayden administrasiyası ilə münasibətləri yaxşı deyil. Mask çəkinmədən hər bir məsələ ilə bağlı ziddiyyətli fikirlərini bildirsə də, hətta həssas geosiyasi mövzularda spekulyasiyalar aparsa da, ABŞ administrasiyasının Maskın gücü və təsir dairəsi ilə bağlı narahatlığı getdikcə artır.


Maskla nə müzakirə edilir?


Bəzi dünya liderləri öz ölkələrində yeni Tesla elektrik avtomobili fabrikinin qurulmasını, bəziləri isə SpaceX Starlink peykinin internet xidmətləri üçün infrastruktur investisiyalarını gündəmə gətirir.
Məsələn, Türkiyə prezidenti Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskdan elektriklə işləyən avtomobil şirkətini Türkiyədə görmək istədiyini vurğulayıb.


Makron ötən dekabrdan bəri Mask ilə üç dəfə görüşüb...


Kaliforniyaya özəl olaraq gedən İsrail Baş naziri Binyamin Netanyahu ilə Musk arasındakı görüşün bir yəhudi hüquq təşkilatı (Anti-Diffamasiya Liqası) ilə Mask arasında gərginliyin davam etdiyi bir mühitdə keçirildiyini xatırlamaqda fayda var.


ABŞ-da Diffamasiyaya Qarşı Liqa adlanan bu yəhudi təşkilatı və bəzi digər qruplar, Maskın Twitter sosial media platformasını (indi X adı ilə tanınır) satın aldıqdan sonra platformada nifrət məzmununda böyük artım olduğunu göstərən məlumatlar dərc ediblər. Sosial mediadakı köhnə paylaşımlarında Maskın “dahiliyinə və insanlığa təsirinə” heyran olduğunu yazan Netanyahu son görüşdə milyarderi ifadə azadlığını qorumaq və nifrət ifadələrindən çəkinməyi tövsiyə edib.


Maskın artan siyasi çəkisi bir çox siyasətçidə narahatlıq yaradır... 


Dünya liderləri ilə keçirilən görüşlərin əksəriyyəti Mask ilə işgüzar əlaqələrlə bağlı görünsə də, bu da bir həqiqətdir ki, boss X qlobal geo-siyasi kontekstdə daha böyük təsirə malikdir və ondan getdikcə daha çox istifadə edir. Cənubi Afrika əsilli ABŞ vətəndaşı olan Maskın bu kimi məsələlərlə bağlı verdiyi son açıqlamalar bəzi dairələr tərəfindən Amerikanın və ümumilikdə Qərbin maraqlarına zidd hesab edilib. Keçən həftə Çindən ayrı bir idarəetmə quruluşuna sahib olan Tayvanı "Havay və ya buna bənzər bir şey” və “Bu, Çinin ayrılmaz hissəsidir, lakin özbaşına olaraq ayrı qalır" kimi təsvir etdiyi ifadələri  Tayvan rəhbərliyinin qəzəbli reaksiyasına səbəb olub.

Maskın ötən il Ukrayna ilə bağlı tvit etdiyi “sülh təklifləri” başqa bir müzakirə mövzusudur. Hətta Ukraynalı diplomat sülh təkliflərini oxuduqdan sonra  bildirib ki, bunları Mask yazmayıb yəqin ki, ruslar Maskın səhifəsini hack ediblər. 


Növbəti həftə Prezident Baydendən  Maskın ABŞ-ın milli təhlükəsizliyinə təhdid olub-olmadığını soruşduqda, “Onun digər ölkələrlə dərin əlaqəsi bizi narahat edir”,- deyə prezident qeyd edib.


Tesla və SpaceX-in inanılmaz uğuru ictimaiyyətin gözündə Maskın dahi bir sahibkar olduğu görüntüsü yaratdı.
Bununla belə, Maskın son illərdə artan sərvəti və siyasi təkamülü onun ictimai imicinin parçalanmasına səbəb olub, bu qismən onun X platformasındakı yazılarının yaratdığı troll şəxsiyyət imici ilə bağlıdır.


“New York Times” qəzetinin keçmiş texnologiya yazıçısı və “Silikon Vadisi”nin siyasi güc kimi meydana çıxması haqqında kitabın müəllifi Noam Koen deyir ki, Maskın ambisiyası və görmə qabiliyyəti, iş dünyasındakı ifrat uğurları ilə yanaşı, “hökumət kimi” gücə çevrilib.


Onun sözlərinə görə, Mask böyük fabriklərin, on minlərlə işçinin və qiymətli məhsulların “fiziki” gücünü informasiyanın yayılmasına nəzarət edən “rəqəmsal” güclə birləşdirib. Bu, Mark Zukerberq və ya Ceff Bezos kimi digər texnologiya nəhənglərinin edə bilmədiyi bir şeydir.


Maskın və onun kimi “seçilməmiş” nəhənglərin geosiyasi nəticələr yaradacaq qərarlar verə bilməsi bizə sərvətin inhisarlaşması və demokratiyanın zəifləməsi ilə bağlı xəbərdarlıq olmalıdır.


Xəyal Ramiz

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Hamısı