Polşanın baş naziri Mateuş Moravieçkiy Ukrayna liderini polyakları təhqir etməkdə ittiham edib.
Ednews xarici KİV - ə istinadən xəbər verir ki, nazir bunu Zelenskinin Birləşmiş Millətlər Təşkilatına müraciətinə cavab olaraq söyləyib.
Zelenski Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Kiyevin taxıl ixracı üçün quru marşrutlarını saxlamağa çalışdığını, lakin taxıl idxalı ətrafında “siyasi teatr”ın yalnız Moskvaya kömək etdiyini dedikdə qonşularını qəzəbləndirib.
"Mən prezident Zelenskiyə demək istəyirəm ki, bu yaxınlarda BMT-dəki çıxışı zamanı etdiyi kimi, bir daha polyakları təhqir etməsin", - baş nazir Mateuş Moravieçkiy deyib.
Qeyd edək ki, Polşa ötən həftə Ukraynanın taxıl idxalına qoyulan qadağanın uzadılmasına qərar verib və bu Kiyevin ən sadiq müttəfiqlərindən biri kimi görünən qonşusu ilə münasibətlərini sarsıdıb.
Xatırladaq ki, baş nazir həmçinin Ukraynaya hərbi yardımı müvəqqəti olaraq kəsəcəyini də bildirib.
Əkbər