Burkina Faso hərbi rəhbərliyi sentyabrın 26-da dövlət çevrilişinə cəhdin yatırıldığını açıqlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, çevriliş şayiələrinin ardınca bir çox nümayişçinin küçələrə çıxmasına səbəb olan hadisələrlə bağlı açıqlama verən hökumət, çevriliş cəhdinin Burkina Fasonun kəşfiyyat və təhlükəsizlik xidmətləri tərəfindən qarşısının alındığını bildirib.
Çevriliş cəhdində əli olan bir çox şəxsin saxlanıldığı bildirilən açıqlamada hökumətin hadisəni bütün çılpaqlığı ilə üzə çıxaracağı vurğulanıb.
Açıqlamada çevriliş cəhdində iştirak edən, lakin qaçmağı bacaranların təhlükəsizlik qüvvələri tərəfindən axtarıldığı, çevrilişə cəhd edənlərin isə ölkəni xaosa sürükləməyə çalışdıqları bildirilib.
Sentyabrın 26-da dövlət çevrilişi ilə bağlı şayiələrin ardınca bir çox nümayişçi paytaxt Vaqaduquda küçələrə çıxaraq əyalət lideri İbrahim Traoreni dəstəkləyən şüarlar səsləndirib.
Oğuz