Afina Türkiyə ilə miqrasiya müqaviləsini genişləndirmək istəyir.
Ednews xarici KİV - ə istinadən xəbər verir ki, Yunanıstanın daxili işlər naziri Dimitrios Kairidis bildirib.
"Aİ-Türkiyə miqrasiya sazişini yenidən canlandırmaq, cavanlaşdırmaq və genişləndirmək vaxtıdır. Həm sərhədin mühafizəsində, həm də qaçaqmalçılıq şəbəkələrinə qarşı mübarizədə təkmilləşdirmə üçün imkanlar da daxil olmaqla, hələ gedilməli çox yol var. Aralıq dənizdəki miqrant problemi ciddidir".
Qeyd edək ki, Afina ilə Ankara arasında miqrasiya və ərazi mübahisələri ilə bağlı gərginlik tez-tez yüksəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Mitsotakis 2022-ci ilin mayında ABŞ qanunvericilərini Türkiyəyə silah satışını əngəlləməyə çağırdıqdan sonra Yunanıstanla əlaqələri kəsib.
Xatırladaq ki, bu müqavilənin yenidən canlandırılması iqtisadi askpektdən Türkiyəyə kömək edə bilər.
Əkbər