Pilotsuz uçuş aparatı Moskvaya yaxınlaşarkən hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Ednews xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin öz "Telegram" kanalında bildirib.
"Rusiyanın İstra rayonundan Moskvaya doğru hərəkət edən pilotsuz uçuş aparatı qeydə alınıb. Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz təyyarəni vurub", - deyə Moskva meri yazıb.