Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər etməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.
“Hal-hazırda Rusiya xarici işlər naziri Sergey Lavrovun Pxenyana səfəri ilə bağlı işlər aparılır. Səfər zamanı ikitərəfli əlaqələr və Koreya yarımadasının problemləri müzakirə ediləcək”, - deyə Zaxarova bildirib.