Almaniya kansleri Olaf Şolz Qəzza zolağında yeni münaqişələrin alovlanmasından sonra ölkəyə dəstək ifadə etmək məqsədi ilə yaxın günlərdə İsrailə səfər etməyi planlaşdırır.
Ednews xarici mediaya istinadən xəbər verir ki, kansler çərşənbə axşamı Tel-Əvivə gedə bilər və oradan Misirə səfərini davam etdirəcək.
Cümə günü Almaniyanın xarici işlər naziri Annalena Barbek İsrailə səfər edib və burada ölkənin hökumət rəsmiləri və qaçırılan İsrail vətəndaşlarının qohumları ilə görüşüb.
Ülviyyə Şahin