Türkiyənin İstanbul şəhərində zibil qutusuna atılmış yeni doğulan körpənin meyiti tapılıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma başladıb.
Esenyurt Yenikent səmtində kağız toplayan şəxs zibil qabında körpə olduğunu görüb. Xəbər verildikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım maşını göndərilib.
Həkim nümayəndələrinin müayinəsi nəticəsində körpənin öldüyü müəyyən edilib.
Oğuz