Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi rəsmi saytında Venesuelaya qarşı sanksiyalar proqramı çərçivəsində qadağan edilmiş bəzi əməliyyatlara icazə verildiyini açıqlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, qərar “demokratiyanın sülh yolu ilə bərpasını dəstəkləmək üçün uzunmüddətli siyasətin bir hissəsi kimi Maduro və Unitar Platformanın nümayəndələri arasında siyasi razılaşmanın elan edilməsindən” sonra qəbul edilib. Əməliyyatlar daha çox Venesuelanın neft, qaz və qızıl hasilatı sektorları ilə bağlıdır.
Eyni zamanda, ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi bütün digər sanksiyalar qüvvədə qalır.
Ülviyyə Şahin