Amerikalı milyarder İlon Mask Qəzzaya yardım edən beynəlxalq təşkilatlara kommunikasiya məsələlərində kömək edəcəyinə söz verib.
Ednews xəbər verir ki, bu barərə Mask özünün “X” hesabında məlumat verib.
"SpaceX beynəlxalq səviyyədə tanınmış yardım təşkilatları ilə əlaqə kanallarını qoruyacaq.
Biz BMT-ni və digər beynəlxalq səviyyədə tanınan yardım qruplarını dəstəkləyəcəyik", - deyə milyarder qeyd edib.