İngiltərə Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən və dəstəkləyən 29 şəxs və təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, yeni siyahıda rusiyalı oliqarxlar, şirkətlər və üçüncü ölkələrin adları var.
Qərb ölkələri Ukrayna ilə müharibəni davam etdirən Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə davam edir. Bununla əlaqədar olaraq Böyük Britaniya Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən və dəstəkləyən 29 şəxs və təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Açıqlamada qızıl və neft sektorlarının Rusiya üçün kritik gəlir mənbəyi olduğu, qızılın isə Moskva üçün neft və təbii qazdan sonra ən yüksək dəyərə malik sektor olduğu və 2021-ci ildə Rusiya iqtisadiyyatına 12,6 milyard funt sterlinq töhfə verdiyi bildirilib.
Xəyal Ramiz