Türkiyənin Kayseri şəhərində ana 3 həftəlik uşağını yastıqla boöaraq öldürüb.
Ednews ntv-yə istinadən xəbər verir ki, körpəsini yastıqla boğduğu iddiası ilə mühakimə olunan A.B. körpə qızını "ağladığı üçün" yastıqla boğduğunu etiraf edib.
Məhkəmə sədri bildirib ki, İstanbul Ədli Tibb Qurumundan alınan hesabata görə, qadın ruhi cəhətdən sağlam olub. A.B-nin psixi sağlamlıq probleminin olmadığını iddia edib.
Qızını "ağladı" deyə yastıqla boğduğunu bildirən A.B, "Cəzamı çəkmək istəyirəm, ədalət bərqərar olsun. Həbsxanaya düşmək istəyirəm. Hər şeydən bezmişəm" deyə məhkəmədə çıxış edib.
Hadisə ilə bağı araşdırma davam edir.
Oğuz