Şimali Koreya Cənubi Koreya casus peyki buraxmağa cəh edib.
Ednews Yonhap-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən Cənubi Koreya hökumətinin yüksək rütbəli rəsmisi Şimali Koreyanın üçüncü casus peyk buraxma cəhdi ilə bağlı mətbuata yazılı açıqlama verib .
Şimali Koreyanın fəaliyyətlərinin yaxından izlənildiyini bildirən rəsmi, "Hökumət Şimali Koreyanın təxribatlarına qarşı tədbir olaraq Koreyalararası razılaşmanın bəzi müddəalarını dayandırmağı düşünür" – deyə bildirib.
Cənubi Koreya və Şimali Koreya 2018-ci ildə imzalanan Panmuncom Bəyannaməsi (Koreyalararası razılaşma) ilə sərhəddə hərbi gərginliyi azaltmaq üçün tədbirlər görmək barədə qarşılıqlı razılığa gəliblər. Müqavilə iki ölkə arasında münasibətlər üçün tarixi məqam kimi qiymətləndirilir.
Şimali Koreya mayın 31-də hərbi casus peyki buraxmağa cəhd etsə də, raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən cəhd uğursuz olub. Pxenyan administrasiyası bu cəhdi ilin birinci yarısında “ən ciddi səhv” kimi qiymətləndirib.
Şimali Koreya beynəlxalq qınaqlara baxmayaraq, peykin qısa müddətdə yenidən buraxılacağını açıqlayıb.
Xəyal Ramiz