Birləşmiş Ərəb Əmirliklərində inşa edilən dünyanın ən böyük günəş elektrik stansiyası olan Əl Dhafra mərasimlə istifadəyə verilib.
Ednews xəbər verir ki, təxminən 200 min ev təsərrüfatını enerji ilə təmin edəcək elektrik stansiyası ildə 2,4 milyon ton karbonmonoksit emissiyasının qarşısını alacaq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT-nin İqlim Konfransına ev sahibliyi etməzdən iki həftə əvvəl dünyanın ən böyük günəş elektrik stansiyasını istifadəyə verib . 21 kvadrat kilometrlik Al Dhafra günəş elektrik stansiyası Fransanın paytaxtı Parisin beşdə bir hissəsini əhatə edir. O, ildə 2,4 milyon ton dəm qazı emissiyasının qarşısını alacaq ki, bu da 800 min avtomobilə bərabərdir. Bildirilib ki, ümumi dəyəri 1 milyard dollara çatan stansiyanın 4 milyon günəş paneli təxminən 200 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Başqa sözlə, dünyanın ən böyük günəş elektrik stansiyası ildə təxminən 1 milyon insanın elektrik enerjisinə ehtiyacını ödəyəcək.
Neft ölkəsi kimi tanınan BƏƏ, elektrik enerjisi çatışmazlığı olmasa da, bərpa olunan enerjiyə böyük sərmayələr qoyur. 2050-ci ilə qədər sıfır emissiya ilə öz elektrik enerjisini istehsal etməyi qarşısına məqsəd qoyan BƏƏ, günəş enerjisi sərmayələri sayəsində illik neft ixracını 3 milyon bareldən 5 milyon barrelə yüksəltməyi hədəfləyir. Noyabrın 30-da BMT-nin himayəsində COP28 iqlim sammitinə ev sahibliyi edəcək BƏƏ günəş enerjisindən ən çox istifadə edən ölkələr sırasındadır.
Xəyal Ramiz