Atakama səhrası dünyanın ən böyük enerji saxlama layihəsinə ev sahibliyi edəcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, nəhəng layihəyə həmçinin 1 GVt günəş enerjisi gücü daxil olacaq və elektrik enerjisi istehsal ediləcək.
Bərpa olunan enerji mənbələrinin qismən davamlı istehsalı cəlbedici olsa da, yaradılan enerjinin müəyyən şəkildə saxlanılması da vacibdir. Bu çərçivədə, son illərdə bərpa olunan enerji sərmayələri ilə paralel olaraq anbar obyekti investisiyalarının artdığını gördük. Hazırda İspaniyanın bərpa olunan enerji şirkəti Grenergy Çilinin Atakama səhrasında dünyanın ən böyük enerji anbarının tikintisinə başlayıb.
Şirkət növbəti 36 ay ərzində mərhələli şəkildə fəaliyyətə başlaması gözlənilən layihəyə 1,4 milyard dollar sərmayə qoyacağını bildirib. Çilinin şimalındakı Atakama səhrası bəlkə də belə bir layihə üçün ən ideal yerdir, çünki o, dünyanın ən quraq ərazisidir və eyni zamanda dünyada ən yüksək günəş radiasiyasına malikdir.
Grenergy-nin baş icraçı direktoru David Ruiz de Andres, Çilidəki əsas yanacaq paylama şirkətlərindən biri olan COPEC-in törəmə müəssisəsini 8 TVt- dan çox təmiz enerji ilə təmin edərkən, "Oasis de Atacama Grenergy və bütün bərpa olunan enerji sektoru üçün əlamətdar bir layihə olacaq" dedi.
Xəyal Ramiz