Avstraliya nikotin asılılığı ilə mübarizə çərçivəsində yanvarın 1-dən ölkəyə birdəfəlik elektron siqaretlərin daxil olmasını qadağan edəcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, idxal qadağası ilə yanaşı, birdəfəlik siqaretlərin istehsalı və reklamı üçün də yeni qaydalar tətbiq olunacaq. Ölkədə elektron siqaretlərin istifadəsinə tamamilə son qoyulması hədəflənir.
Sidney Universitetinin bu ilin əvvəlində apardığı araşdırmaya görə, 14-17 yaşlı gənclərin dörddə birindən çoxu elektron siqaretdən istifadə edib.
Avstraliya Xərçəng Şurasının xeyriyyə fondunun araşdırmasına görə, eyni yaş qrupunda olan hər 10 gəncdən 9-u nikotin ehtiva edən elektron siqaretləri əldə etməyin asan olduğunu söyləyir.
Mütəxəssislər xəbərdarlıq edir ki, elektron siqaretlərin uzunmüddətli təsirləri hələ tam olaraq bilinmir.
ABŞ-ın Con Hopkins Universitetinin araşdırmasına görə, elektron siqaretlər ilə xroniki ağciyər xəstəlikləri və astma arasında əlaqə var.
Avstraliyalı alimlər də bu siqaretlərdə istifadə edilən mayelərin tərkibindəki kimyəvi maddələrin ağciyər sağlamlığına təsir etdiyi barədə xəbərdarlıq edirlər.
Oğuz