ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində (Avtopilot) idarəetmə problemini aradan qaldırmaq üçün 2,03 milyon avtomobili geri çağıracağı bildirilir.
Ednews haber7-ə istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, Tesla avtomobillərində avtopilot işə salındıqda, sürücünün nəqliyyat vasitəsinin istismarı üçün məsuliyyət daşımadığı və idarə etmədiyi təqdirdə toqquşma riskinin arta biləcəyi ifadə edildi.
Tesla-nın 2 milyondan çox avtomobili geri çağırması NHTSA-nın avtopilotdan istifadə edərkən baş verən bir sıra qəzalarla bağlı iki illik araşdırmasından sonra başlayıb. Tesla-nın avtopilot sistemi avtomobillərə öz zolaqlarında avtomatik olaraq sükanı idarə etməyə, sürətləndirməyə və əyləc etməyə kömək edir.
Xəyal Ramiz