Nümayəndələr Palatasında prezident Co Baydenə qarşı impiçment (prezident vəzifəsindən azad etmə) tədqiqatına rəsmən başlanılıb.
Ednews "NBC"ə istinadən xəbər verir ki, ötən axşam Respublikaçıların nəzarətində olan palata 221 - 212 səs çoxluğu ilə qərarı qəbul ediblər.
İttihama baza olaraq Baydenin 53 yaşlı oğlu Hunter Baydenin xarici biznes sövdələşmələri istifadə edilib.
Nümayəndələr Palatasının prezidentin impiçmenti üçün səs versə belə, Senat üçdə iki səslə onu ittihamlara görə mühakimə etmək üçün səs verməli olacaq - Baydenin demokrat yoldaşlarının 51-49 səs çoxluğuna sahib olduğu bir palatada demək olar ki, qeyri-mümkündür.
Əkbər