Çexiyanın prezidenti Petr Pavel Ukraynalı miqrantlar haqqında qanunun yenilənməsini təsdiqləyib.
Ednews ukrainska pravda-ya istinadən xəbər verir ki, Çexiya höküməti müharibənin başlamasından bu günə qədər ukraynalı qaçqınları sığınacaqlarla təmin edib.
Xəbərə görə, hökümət Ukraynaya qayıtmaq istəyən qaçqınların sığınacaqlarda xüsusi xidmət göstərilməsi və onların kifayət qədər vəsaitlə təmin olunması qanununu qəbul edib.
Xəbərə görə, Çexiya ümumilikdə 2025-ci ilə qədər ukraynalı vətəndaşların sığınacağa yerləşdirilməsini təmin edəcəyini bildirib.
Çexiya höküməti artıq qaçqınların ölkədən göndərilməsi yönündə siyasət həyata keçirir.
Ukrayna hökümətinin yaxın günlərdə xarici ölkələrə köç etmiş vətəndaşlara səslənərək onların ölkəyə qayıdıb müharibədə iştirak etməyə səsləyib.
Qeyd edək ki, məhz bu hadisədən sonra Çexiya höküməti Ukraynaya geri dönmək istəyən ukraynalıların maddi cəhətdən təmin olunmasına qərar verib.
Fərid