Türkiyənin Muş vilayətində qarın qalınlığının 1,8 metrə çatdığı Yukarıyongalı kəndində evlər qarın altında qalıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, qarın qalınlığı birmərtəbəli binaların damlarına qədər çatıb. Vətəndaşlar evlərini tapmaqda çətinlik çəkiblər.
Üç gündü dayanmadan yağan qar mərkəzə 50 kilometr məsafədə yerləşən kəndin əhalisi üçün çətin vəziyyət yaradıb. Şəhər mərkəzindən 50 kilometr aralıda, 100 təsərrüfat və 700 əhalisi olan Yukarıyonqalı kəndi hər qış olduğu kimi bu il də ağ örtüyə bürünüb.
Hündürlükdə olduğu üçün qarın və çovğunun davamlı olduğu kənddə qarın qalınlığı birmərtəbəli binaların damlarına qədər çatıb. Evlərin, tövlələrin, odunluqların girişləri “qar tunelinə” çevrildiyi halda, kənd camaatı qarı tez-tez kürəklərlə təmizləyir.
Oğuz