Gürcüstanda zəlzələ baş verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 11:44-də Gürcüstanda qeydə alınıb. Zəlzələnin episentri Ambrolauridən 15 km aralıda və Badji kəndi yaxınlığında olub. Təkanlar 4.3 bal gücündə hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.