İstanbulun Vahdettin sarayında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Ednews xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken ötən axşam Türkiyəyə səfərə gedib.