Cənubi Koreya Baş Qərargahı məsələ ilə bağlı açıqlama verib.
Ednews cumhuriyyet.com-a istinadən xəbər verir ki, açıqlamada Şimali Koreyanın qərb sahillərindəki sulara təxminən 60 artilleriya mərmisi atdığı və ardıcıl iki gün ərzində təlimlər keçirdiyi bildirilib.
Baş Qərargah dünən verdiyi açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 09.00-11.00 arasında cənubun qərb sərhədində yerləşən Yeonpyeong adasının şimalındakı Deungsan burnundan təxminən 200 artilleriya mərmisi atdığını açıqlayıb.
Xəyal Ramiz