Türkiyənin İmzir şəhərində filmlərə ilham olacaq hadisə yaşanıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə oğlan sevdiyi qızın ailəsi ilə küçədə silahlı münaqişə yaşayıb. Qızın ailəsi bu izdivaca yaxınlıq verməyib. Elə hadisələr də bu söhbətdən sonra başlanıb. Hadisə zamanı 4 nəfər yaralanıb.
Hadisə yerinə polis və Təcili Yardım maşını göndərilib. Küçədə baş verən münaqişə anlarını vətəndaşlar mobil telefonla lentə alıblar.
Polis araşdırmalara davam edir.
Oğuz