Təxminən 50 Cənubi Afrikalı hüquqşünas İsrailin Fələstində törətdiyi cinayətlərə şərik olduqlarını əsas gətirərək ABŞ və Böyük Britaniya hökumətlərini məhkəməyə verməyə hazırlaşır.ənubi Afrikalı vəkil Wikus Van Rensburq tərəfindən irəli sürülən təşəbbüs ABŞ və Böyük Britaniyadakı vəkillərlə əməkdaşlıq edərək cinayətdə iştirak edənləri mülki məhkəmələrdə mühakimə etmək məqsədi daşıyır.
Ednews Son bir neçə həftədir müxtəlif ölkələrə və Beynəlxalq Cinayət Məhkəməsinə (ICJ) məktublar yazaraq, israilli cinayətkarların və onların tərəfdarlarının mühakimə olunmasını tələb edən Rensburq, ABŞ və İngiltərə hökumətlərinin dəstəyi ilə iddia qaldırmağa hazırlaşır.
Məhkəmənin Cənubi Afrikanın lehinə yekunlaşacağı təqdirdə ABŞ-ın nəticəni qəbul etməsə belə, sanksiyalarla üzləşmə ehtimalının olduğuna diqqət çəkən Rensburq bunun Co Bayden administrasiyasına qarşı açılacaq işi gücləndirəcəyini vurğulayıb.
Xəyal Ramiz