Avropa İttifaqı (Aİ) qurumları nağd ödənişlərin 10.000 avro ilə məhdudlaşdırılmasını, tez-tez 3.000 ilə 10.000 avro arasında ticarət edənlərin müəyyən edilməsini və 1000 avrodan çox kriptovalyuta əməliyyatlarına ciddi nəzarəti əhatə edən yeni qaydalar barədə razılığa gəliblər.
Ednews m.haber.turk-ə istinadən xəbər verir ki, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlar nəticəsində maliyyə sisteminə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün sərt qaydalar gətirəcək yeni tənzimləmə paketi üzrə razılığın əldə edildiyini açıqlayıb. Müvafiq olaraq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsindən qorunmaq üçün Aİ maliyyə sisteminin hüquqi bazasını gücləndiriləcək.
Fiskal qaydalar Aİ daxilində uyğunlaşdırılacaq. Cinayətkarlar tərəfindən qanunsuz gəlirlərin yuyulması və ya maliyyə sistemi vasitəsilə terror fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunan boşluqlar aradan qaldırılacaq. Bu sahədə üzv ölkələrin maliyyə qurumları arasında əməkdaşlıq artırılacaqdır.
Xəyal Ramiz