Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) Apple-ın 1,2 milyard rubl (təxminən 13,6 milyon dollar) məbləğində cərimə ödədiyini bildirib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Federal Antiinhisar Xidmətindən verilən yazılı açıqlamada, 2022-ci ilin iyul ayında Apple-ın antiinhisar qanunvericiliyini pozduğu bildirildi.
Açıqlamada, Apple-ın iOS proqram tərtibatçılarının müştərilərinə məhdudiyyətlər qoyduğu və onlara App Store-dan kənar alış-verişin ödənişi mümkünlüyü barədə məlumat verilməsinin qadağan edildiyi vurğulanıb.
Açıqlamada bildirilib ki, “Apple” antiinhisar qanununu pozduğu üçün 1,2 milyard rubl cərimələnib və şirkət cəriməni yanvarın 19-da ödəyib.
Apple ötən il ölkədə 906 milyon rubl cərimə ödəyib.
Xəyal Ramiz