ABŞ-ın İndiana ştatında sirk heyvanlarını daşıyan yük maşını yanıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, magistral yolda qəfildən dəvələr, zebralar və poni peyda olub. Daha sonra yol kənarında otlamağa başlayıblar.
Gecə saat 2 radələrində qoşqunun alovlandığı görüləndə ətrafdakı polislərin köməkliyi ilə içəridəki heyvanlar sürətlə təxliyə edilib.
Polis məmuru hadisə zamanı heç bir heyvanın xəsarət almadığını açıqlayıb. 57 yaşlı sürücü də hadisədən heç bir zərər görmədən sağ qalıb.
Ərazi heyvanlardan təmizlənənə qədər magistral yol qismən bağlanıb. Səhər saat 6-da başqa bir yük maşını gəlib 10 heyvanı yığaraq hadisəyə son qoyub.
Heyvanların şou üçün yollarına davam etdiyi bildirilib.
Oğuz