“Netanyahu Qəzzada gedən müharibənin bitməsindən qorxur”.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, bu sözləri İsrailli general Nomrud Şibir mediaya verdiyi açıqlamasında deyib.
“Ona görə də Netanyahu HƏMAS - İsrail arasında atəşkəs və girovlar dayişdirilməsi ilə bağlı təklifləri rədd edir, çünki o, yaxşı bilir ki, bu müharibə bitəndən sonra qanuni məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, son günlərdə Qətər və ABŞ arasında Qəzzada növbəti atəşkəs və girovlar dayişdirilməsi ilə bağlı razılaşma əldə etmək üçün danışıqlar başlayıb.
Xatırladaq ki, keçən ilin Noyabr ayın 22- si Qətərin vəsitəçiliyi ilə HƏMAS və İsrail arasında atəşkəs və girov dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilib.
Loğman Yunis