Böyük Britaniya Kralı III Çarlz yaxın onillikdə Şahzadə Uilyamın xeyrinə tacdan imtina etməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə Britaniya Kral Evinin keçmiş xidmətçisi Paul Burrell "New York Post" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu yaxınlarda prostat vəzinin böyüməsi səbəbindən əməliyyat olunan 75 yaşlı III Çarlz hakimiyyəti böyük oğlu Uilyam və həyat yoldaşı Keyt Middltona ötürməyi planlaşdırır.
"Məncə Kral Çarlzın yanaşması anasından fərqli olacaq. O, 10 il çalışacaq və sonra təqaüdə çıxacaq və oğlunu izləyəcək. Ölkənin yeni, gənc kral və kraliçası olacaq" deyə, Paul bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Kraliça II Marqret taxtdan imtina edib. Bununla da Şahzadə Fridrix X yanvarın 14-dən Danimarkanın rəsmi kralı olub.
Qeyd edək ki, Burrell 1987-1997-ci illərdə Şahzadə Diananın yanında çalışıb.