Rusiyanın Saxalin vilayətində qopmuş buz təbəqəsinin üzərində qalan balıqçıların təxliyyəsi başa çatıb, bütün insanlar sahilə çıxarılıb.
Ednews xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.
"82 nəfər təxliyə edilərək sahilə çıxarılıb. Xəsarət yoxdur", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Starodubskoye kəndi yaxınlığında Oxot dənizində 50 metr enində buz sahəsi qopub. İlkin məlumata görə, buzun üzərində 14 nəfər olub. Sonradan məlum olub ki, buz parçasının üzərində daha çox balıqçı var.