Bu gün Avropa İttifaqı Brüsseldə Qəzzada gedən müharibəni müazkirə etmək üçün iclas keçirib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, iclasda 26 ölkə iştirak edib.
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Nümayəndəsi Cozep Borrell iclasda çıxış edərək Qəzzada təcili humanitar atəşkəs çağırışı edib.
Borrell çıxışında həmçinin İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə planlaşdırdığı hücuma da toxunaraq bildirib ki, bu addım 1,5 milyona yaxın fələstinli üçün fəlakətlə nəticələnəcək, deyə vurğulayıb.
Loğman Yunis