Avropa İttifaqına Sığınmaq üçün müraciətlər artıb.
Ednews xəbər verir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Avropa İttifaqına Sığınmaq üçün müraciətlər 18% artaraq 1,14 milyona çatıb.
Bunların böyük bir hissəsi suriyalılar, türklər və əfqanlar olub.
Məlumatda həmçinin qeyd edilib ki, İsrail - HƏMAS müharibəsi başladığından bəri müraciət edən fələstinlilərin sayı kəskin şəkildə artıb.
Loğman Yunis