ABŞ-ın texnologiya nəhəngi Apple-ın Baş İcraçı Direktoru (CEO) Tim Kuk məhsuldar süni intellektə əhəmiyyətli dərəcədə sərmayə qoyduqlarını və bu ilin sonunda bu sahədəki planları haqqında daha çox məlumat paylaşacaqlarını bildirib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Apple şirkətinin baş icraçı direktoru (CEO) Kuk şirkətin illik səhmdarlar yığıncağında verdiyi açıqlamada məhsuldar süni intellekt üçün inanılmaz irəliləyiş potensialı gördüyünü qeyd edib.
Hazırda bu sahəyə əhəmiyyətli sərmayələr yatırdıqlarını qeyd edən Kuk, “Bu ilin sonunda gələcəyi yenidən təyin edə biləcəyinə inandığımız başqa bir texnologiya olan generativ süni intellekt sahəsində yeni dövr açacağımız yolları sizinlə paylaşmağı səbirsizliklə gözləyirəm"- dedi.
Xəyal Ramiz