Braziliya prezidenti Lula da Silva Qəzza zolağına dəstək üçün iştirak etdiyi tədbirdə Fələstin bayrağını açıb.
Ednews xəbər verir ki, hadisə Braziliyada baş verib.
Konfransda İsrailin Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf alan hücumunu xatırladan Lula da Silva bunun İsrailin 7 oktyabrdan bəri Qəzzaya qarşı həyata keçirdiyi "ən ölümcül" hücumlardan biri olduğunu vurğulayıb.
"Bu yaxınlarda Fələstində baş verənləri gündəmə gətirdiyim üçün çox tənqid olundum. Zaman göstərəcək ki, mənim haqlıyam. Fələstin xalqının şərəfli bir dövlətə sahib olmaq hüququ var", deyə giriş edib.
Daha ətraflı video-sujetdə:
Əkbər