Almaniyada həkim çatışmazlığı səbəbindən hökumət mütəxəssislərin sayın artacağını gözləyirlər.
Ednews alman mediasına istinadən xəbər verir ki, son 10 ildə əcnəbi həkimlərin sayı iki dəfə artaraq ötən ilin sonunda 63.763 nəfər olub.
Tibb işçilərinin çoxu alman pasportu olmadan AB birliyi və ya Avropa ölkələrindən, həmçinin Yaxın Şərqdən gəlirlər. Statistikaya əsasən isə ən əhəmiyətli mənşə ölkələri Suriya (6 120) Rumınya (4 668) Avstriya (2993) Türkiyə (2 941) və Rusiyadır. (2 941)
Mütəxəssislər daha çox əcnəbi həkim gözləyirlər. Nümayəndələr əcnəbi həkimlərin alman dilini zəif bilmələrinə görə problemlərin artacağı ilə bağlı xəbər verirlər. Reynland-Pfalz Dövlət Tibb Assosiasiyasının icraçı direktoru Yurgen Hoffart Funke media qrupunun qəzetlərinə Qeyri-adekvat dil bilikləri bu gün artıq böyük problem olduğunu dedi. Bu problem qarşıdakı illərdə daha da pisləşəcək, çünki getdikcə daha çox əcnəbi həkimlərimiz olacaq.
Aysel