Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar davam etdirilir.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
“Kıskaç-10” əməliyyatı çərçivəsində 91 nəfər şübhəli şəxs qismində saxlanılıb. Beş gün davam edən əməliyyat İstanbul, Ankara, İzmir, Antalya, Bursa kimi böyük şəhərlər də daxil olmaqla, Türkiyənin 30 vilayətində baş tutub”, - nazir bildirib.