Hindistan bir neçə döyüş başlığı daşıya bilən yerli raketinin ilk sınaq atışını həyata keçirib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Hindistan bir neçə döyüş başlığı daşıya bilən yerli ballistik raketinin ilk sınaq atışını uğurla başa vurduğunu açıqlayıb.
Hindistanın baş naziri Narendra Modi X sosial media platformasında sınaq atışlarının uğurla həyata keçirildiyini bildirib və müdafiə sənayesindəki inkişaflara toxunub.
Modi qeyd edib ki, raket bir-birindən asılı olmayaraq hədəfləri vura bilən çoxsaylı döyüş başlıqları ilə təchiz olunub.
Xəyal Ramiz