Böyük Britaniya ortamənzilli “Sky Saber” hava hücumundan müdafiə sisteminin Polşada yerləşdirilməsi müddətini 2024-cü ilin sonuna qədər uzadıb.
Ednews xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış britaniyalı həmkarı Qrant Şapps ilə görüşündən sonra jurnalistlərə bildirib.
“Sky Saber” hava hücumundan müdafiə sistemi Polşada bu ilin sonuna qədər qalacaq”, - o qeyd edib.