Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi sazişi çərçivəsində 2024-2027-ci illər üçün Misirə 7,4 milyard avro ayıracaq.
Ednews xəbər verir ki, bu barədə “Reuters“ Avropa Komissiyasının yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.
Saziş bu gün elan edilib. Bura 5 milyard avro makromaliyyə yardımı, 1,8 milyard avro investisiya və 600 milyon avro qrant daxil olacaq. Bu vəsaitdən təcili maliyyələşməni əhatə edən 1 milyard avro 2024-cü il ərzində ayrılacaq.