Hindistan polisi universitet yataqxanasında Ramazan namazı qılarkən bəzi beynəlxalq tələbələrə hücum edən iki nəfəri həbs edib.
Ednews "BBC"ə istinadən xəbər verir ki, hadisə Hindistanın Qucarat Universitetində namazın qılınacağı yer ilə bağlı qızğın mübahisələr fonunda baş verib.
Polislər beş şagirdin xəsarət aldığını bildirib. Hindistanın xarici işlər nazirliyi isə bildirib ki, Qucarat hökuməti cinayəti törədənlərə qarşı “ciddi tədbirlər” görür.
Qeyd edək ki, gecəsi təxminən iyirmi nəfər yataqxanaya daxil olub və tələbələrin məsciddə namaz qılmasına etiraz edib.
Əkbər