Rusiya Ukraynadan Krım yarımadasını ilhaq etdikdən sonra regionda nələr dəyişib?
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımın ilhaqından sonra ərazidə bir çox iqtisadi dəyişikliklər baş verib, layihələr tətbiq edilib. Krımın ÜDM-si 2014-cü ildə 189 milyon rubl idisə, hazırda bu rəqəm 655 milyon rubl təşkil edir. Adam başına düşən gəlir isə 3.5% artıb.
Yarımadada nəqliyyat vasitələrinin hərəkətinin asanlaşdırlması üçün yeni layihələr həyata keçirilib. Lakin, tikilən bir çox körpülərin əsas hissəsi Ukrayna ordusu tərəfindən məhv edilib.
Bundan başqa, Krımın əhalisi 40% artıb ki, bu da əhalinin yaşam səviyyəsinin artımı ilə əlaqələndirilib.
Fərid